Azərbaycanda avtomobillərin könüllü sığortası, yəni kasko adlandırdığımız məhsul üzrə yeni yanaşmalar tətbiq olunacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək.
"Bununla yanaşı, daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək, - deyə o, əlavə edib.
















