Son iki il ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən toplanan sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb. Həyata keçirilən sığorta ödənişləri isə 57% artaraq 0,9 milyard manata yüksəlib.
Mərkəzi Bank: "Avtomobillərin sığortasında yenilik olacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu müddətdə, ölkənin sığorta sektorunun aktivləri 18% artaraq 2,1 milyard manata çatıb. Ə.Məmmədyarov bildirib ki, sığorta sektorunun kapital mövqeyi və əhəmiyyətli əhəmiyyətli dərəcədə güclənib, məcmu kapitalın xərci requlyativ kapital tələbin iki dəfə üstələyib:
"Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf traektoriyasında olduğunu və maliyyə sabitliyini daha möhkəmləndiyini nümayiş etdirir".
AMB sədrinin müavini sığorta bazarı üzrə hədəfləri də açıqlayıb: «Hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən əhatə edən yeni inkişaf strategiyası hazırlanır. Belə ki, risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçməsi, xüsusi tənzimləmə rejimin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur».
«Bundan başqa, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçıların hüquqlarını daha etibarlı müdafiəsi və rəqəmsal innovasiyaların genişlənmə genişləndirilməsi əsas prioritetlər sırasında olacaq", - deyə o, əlavə edib.
















