İranla ABŞ arasında sülh danışıqlarının dərinləşməsivə müxtəlif addamlarla möhkəmlənməsi dünya bazarında neftin ucuzlaşmasına səbəb olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son həftələr dünya bazarında neftin qiymətini müəyyən edən əsas faktorlardan biri Hörmüz boğazındakı vəziyyət və buradan ixrac olunan neftin həcmidir.
Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, bir gündə Hörmüz boğazından 19 milyon barel neft seçib və bu rekord həddir.
Digər tərəfdən, boğazda insidentlərin yenilən baş verməsi ehtimalı da azalıb, Belə ki, İsveçrədə keçirilən qalmaqallı danışıqlarda narazılıq olsa da, tərəflər «Hörmüz boğazında anlaşılmazlıqların baş verməməsi üçün» İran və ABŞ arasında birbaşa telefon xəttinin yaranmasını qərara alıblar.
Bu razılıq sülh danışıqlarını möhkəmləndirməklə yanaşı, neftin ucuzlaşmasına səbəb olub. Brent markalı neftin qiyməti bu gün daha 1 dollar və ya 1,22% ucuzlaşaraq mart ayının 2-dən bəri ilk dəfə olaraq 77 dollardan aşağı düşüb – 76,95 dollar (Bakı vaxtilə 20.45-ə olan qiymət – FED.az).
WTI neftinin qiyməti də 0,85 dollar və ya 1,15% azalaraq 73 dollara enib.
Ucuzlaşma Azərbaycan neftinin qiymətinə də təsir edir. Son 10 gündə Azeri Light markalı neft təqribən 20 dollar ucuzlaşaraq 100 dollardan 80 dollara enib.
Hələlik bu, dövlət büdcəsi üçün komfort qiymətdir - 2026-cı ilin büdcəsi neftin 65 dollarlıq qiymətilə hesablanıb və hələlik 15 dollarlıq gap var. 1-ci rübün nəticələrinə görə, Azəçrbaycan neftinin orta satış qiyməti 79 dollar olub.
Amma sülh danışıqlarının uğurla davam etməsi və bazara Hörmüz boğazından əlavə, İran neftinin də maneəsiz daxil olması (İsveçrədə müzakirə olunan məsələlərdən biri də məhz İran neftinə qoyulan sanksiyaların aradan qaldırılmasıdır) qiymətləri bir qədər də ucuzlaşdıraraq büdcədəki 65 dollarlıq səviyyəyə yaxınlaşdıra bilər.














