Mərkəzi Bank «United Payment» ödəniş təşkilatına qarşı tədbir görüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Mərkzi Bank «United Payment» MMC-yə qarşı təshih tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edib.
Azərbaycan Mərkəzi Bankı tərəfindən “United Payment” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.
Bununla əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verilib.














