“Comex” birjasının məlumatına görə, avqust ayı üzrə qızıl fyuçersinin qiyməti Bakı vaxtı ilə saat 09:11-ə olan məlumata əsasən bir troya unsiyası üçün 4 141 dollara enib.
FED.az xəbər verir ki, bu, əvvəlki ticarət gününün bağlanış qiyməti ilə müqayisədə 2,45% azalma deməkdir.
Qızıl sonuncu dəfə 2026-cı il iyunun 11-də bir unsiya üçün 4 150 min dollardan aşağı səviyyədə ticarət olunmuşdu.
Eyni vaxtda iyul ayı üzrə gümüş fyuçersinin qiyməti də 4,33% azalaraq bir troya unsiyası üçün 63,44 dollara düşüb.
Qiymətli metalların ucuzlaşması ABŞ və İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan sülh danışıqlarının ləğv olunmasına reaksiya olaraq baş verib. Görüşün iyunun 19-da İsveçrənin Burgenştok dağ-xizək kurortunda keçirilməsi nəzərdə tutulurdu. ABŞ, İran, Pakistan və Qətər nümayəndələrinin iştirakı gözlənilən görüş son anda təxirə salınıb.















