Grand Agro MMC
Sahə aqronomu
Son tarix 23 iyl 2026 - Müraciət et
Təsvir
- Bağ sahəsində bitkilərin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir;
- Sahələr üzrə illik aqrokimyəvi və aylıq aqrotexniki tədbirlər planların hazırlanmasını həyata keçirir;
- Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir;
- Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi və proflaktik tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir;
- Nəzarət etdiyi bağ sahələri üzrə kimyəvi maddələrin, pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir;
- Bağ sahələrində bioaktivlərin invertarizasiyasının aparılmasını həyata keçirir;
- Əkin üçün torpağın hazırlanması işinin təşkil edir;
- Tinglərin müasir texnologiya əsasında əkinində yaxından iştirak edir;
- Dövrü məhsuldarlıq planlamasının hazırlanmasında iştirak edir;
- Hazırlanmış məhsuldarlıq və yığım planına uyğun olaraq yığım işlərinin həyata keçirilməsini təşkil edir;
- Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət;
- Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır;
- Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması;
- Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı təkliflər verir.
Tələblər
- Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür)
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- İngilis və Rus dillərini bilmək üstünlükdür
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
- İdarəetmə təcrübəsi
- Analitik düşünmə bacarığı
- Microsoft Excel, 1C bilikləri
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















