30 sentyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,26% - 7,99%-dir.
Xəbər verdiyimiz kimi, 23.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 647.2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini elan etdiyindən bu məbləği də cəlb etmişdi.
Marja