Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50107720S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ELƏCƏ DƏ BAX: Birjada Bitcoinlə əməliyyatlar başlanacaq
Bakı Fond Birjasından FED.az-a verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) olan 23 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 747,303,500.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon AZN təşkil edib.
Notların ödəmə tarixi 2 yanvar 2019-cu ildir.
Notların yerləşdirilməsi üzrə hərrac keçirildi - NƏTİCƏ
18:52
5 Dek 2018