Bu ilin sentyabr ayının sonunda Azərbaycanda POS-terminalların sayı 135 min 204 ədəd olub.
Azərbaycanda işdən sonra hansı banklar işləyir? – BANKLAR, FİLİALLAR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəlindən bəri 49 min 16 POS-terminal (26,6%) daha azdır.
Xatırladaq ki, ilin əvvəlində ölkədəki POS-terminalların sayı 184 min 220 ədəd olub.
Bundan başqa, ölkədəki POS-terminalların 98,7%-i (133 min 479-u) təmassız ödənişlərin qəbulunu həyata keçirir.
POS-terminalların 86 min 242-si (63,8%-i) Bakı şəhərinin, 48 min 962-si (36,2%-i) regionların payına düşür.















