Bu ilin sentyabr ayında Azərbaycanda bankların kredit kartları ilə aparılmış əməliyyatların həcmi 696 milyon manat olub.
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit kartları ilə aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 82 milyon manat (10,5%) azalıb.
Belə ki, ötən ilin sentyabrında kredit kartları ilə aparılmış əməliyyatların həcmi 778 milyon manat idi.
Bəhs olunan dövrdə bu kartlarla 14 milyon 376 min əməliyyat aparılıb ki, bu da, illik müqayisədə 467 min əməliyyat (3,4%) çoxdur.
Bundan başqa, bu ilin sentyabr ayının sonunda ölkədəki kredit kartlarınını sayı 2 milyon 35 min ədəd olub. Bu, ötən ilin eyni dövründən bəri 81 min kredit kartı (3,8%) daha azdır.
Qeyd edək ki, ötən ilin avqust ayının 1-dən Azərbaycan Mərkəzi Bankı kredit kartları ilə bağlı tənzimləyici çərçivədə dəyişikliklər edib. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb.















