Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib.
AMB: Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3 milyard 915,5 milyon dollar və ya 34% artıb.
Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyard 62,1 milyon dollar və ya 35,73% artıb.













