28 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101876S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
ELƏCƏ DƏ BAX : Dünya birjalarında neftin qiyməti - BAHALAŞIB
Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 milyon 93 min 600 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 25.09.2019