Dünya enerji bazarlarında neftin qiyməti 80 dollara yaxınlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 2,08% və ya 1,48 ABŞ dolları artaraq 72,71 ABŞ dollarına yüksəlib.
Londonun ICE birjasında isə Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,59% və ya 2,01 ABŞ dolları artaraq 79,75 ABŞ dollarına çatıb.












