Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106002642 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 100.0000 AZN (15.0000%) və 114.0704 AZN (9.50000%) olan 9 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.8458 AZN (12.5999%), orta ölçülmüş qiyməti 109.3694 AZN (11.2349%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 213 000,00 yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi – 10 noyabr 2020-ci il.
Hərrac iştirakçıları 15 noyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.