24 aprel 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0106007690 |
Emissiya həcmi |
15 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişləri (olduqda) |
23 oktyabr 2018-ci il, 23 aprel 2019-cu il, 22 oktyabr 2019-cu il, 21 aprel 2020-ci il, 20 oktaybr 2020-ci il, 20 aprel 2021-ci il |
Faiz gəliri |
9 % |
Ödəmə tarixi |
20.04.2020 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.