Azərbaycanın plastik boru istehsalçısı olan METAK şirkəti ilk istiqrazı üzrə faizlərini ödəməyə başlayıb. Şirkətdən FED.az-a verilən məlumata görə, faiz ödənişi METAK-ın yanvarın sonunda buraxdığı ilk istiqrazı üzrə həyata keçirilib. Xatırladaq ki, həmin vaxt illik 14% gəlirliklə 2 milyon manatlıq istiqraz buraxılmışdı.
Aprelin 30-da istiqraz sahibləri ilk faiz ödənişi olaraq 70 min manat qazanıblar. METAK-dan bildirilib ki, faiz ödənişi üçün pullar Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına ödənilib. Buraan isə vəsaitlər istiqraz sahiblərinin hesabına paylanacaq.
Xatırdladaq ki, METAK-ın ilk istiqrazı üzrə faizlər hər rüb olmaqla 3 aydan bir ödənilir. Növbəti faiz ödənişləri iyulun 29-da, oktyabrın 29-da və yanvarın 29-da həyata keçiriləcək.
May ayında isə METAK-ın ikinci istiqrazları üzrə faizlər ödəniləcək. İkinci istiqraz partiyasının məbləği 3 milyon manat, müddəti 1 il, illik gəlirliyi isə 12% idi. Şərtlərə görə, bu istiqrazların faiz gəlirləri hər ayın 19-da ödəniləcək. Hər ödəniş zamanı istiqraz sahiblərinə ümumilikdə 29 589 manat vəsait (qiyməti 1000 manat olan hər istiqraza 9,86 manat olmaq şərtilə) ödəniləcək. Bu istiqrazlar üzrə faizlər mayın 19-da, iyunun 19-da və sair bu qayda ilə həyata keçiriləcək.
METAK istiqrazına pul qoyanlar da – QAZANMAĞA BAŞLADI
17:59
30 Aprel 2018