Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac yarımçıq baş tutub. FED.az xəbər verir ki, hərraca çıxarılan bütün qiymətli kağızları yerləşdirmək mümkün olmayıb.
Bakı Fond Birjasından FED.az-a verilən məluata görə, 10 aprel 2019-ci il tarixində BFB-da Azərbaycan Mərkəzi Bankının (AMB) 50101573S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.4581 AZN (7.01%) arasında olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 167,277,600.00 AZN olmuşdur.
Başqa sözlə, həcmi 200 milyon manat olan notlara 167,3 milyon manat sifariş daxil olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3851 AZN (7.95%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 167 277 600.00 AZN təşkil etmişdir. Notların ödəmə tarixi 08.05.2019.
Mərkəzi Bankın notlarında - PROBLEM YARANDI – HƏRRAC
10:15
11 Aprel 2019