Azərbaycan Mərkəzi Bankı (AMB) Noyabrın 6-da depozit hərracı keçirəcək.
FED.az xəbər verir ki, Mərkəzi Bank depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur. Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 10,01%-14,99% təşkil edir.
Hərracın tarixi: 06 noyabr 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 100 000 000 (yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 10,01% – 14,99%.
Buna da baxın: Gələn il Mərkəzi Bankın mənfəətindən büdcəyə vəsait köçürülməyəcək