2019-cu ildə Azərbayan manatın bir sıra valyutalara nəzərən məzənnəsində ciddi dəyişikliklər baş verib.
Eləcə də bax: Tanınmış şirkət Bakı Birjasından çıxmasının – SƏBƏBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti icmalında bildirilir.
Belə ki, ötən il manat türk lirəsinə qarşı 11%, avroya qarşı 2.2%, gürcü larisinə qarşı 6.8% bahalaşıb.
Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 15.7%, Rusiya rubluna qarşı 11.8%, yapon yeninə qarşı 1.4% ucuzlaşıb.
Başqa sözlə, Azərbaycanlılar üçün Türkiyə, Avropa və Gürcüstan ucuzlaşıb, Rusiya və Ukrayna isə bahalaşıb.