18 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040182 ISIN-li, 60 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
"BOA Agency" şirkətinin səhmlərinə 2 investor tərəfindən 2 sifariş - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 88.0412 (12.98%) manat və 96.7253 (7.80%) manat olan 56 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.6533 (8.98%) manat, orta ölçülmüş qiyməti isə 95.6959 (7.1646%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 195 milyon 858 min 923 manat, yerləşdirilmiş həcmi isə 90 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 19 iyul 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 iyul 2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.