Bu ilin aprel-oktyabr aylarında təşkil olunmuş 22 depozit hərracında 10,4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.
Risklərinin azaldılması üçün 1-3 illik dövlət istiqrazlarının bir qismi 7-10 illik ilə əvəzləşdirilib
FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb, həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.
Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanıb.