Türk lirəsi bu gündə dəyər qazanmağa başlayıb. FED.az xəbər verir ki, Qətərin 15 milyard dollar investisiya etməsi təstiq olunduqdan sonra lirə dollar qarşısında bir az da gücləndi.
Belə ki, birjalarda bağlanış 6.10 lirə ilə bitsədə bu gün səhər saatlarında dollar 5.98 lirədir.
Avro və funt da lirə qarşısında dəyər itirir.Hazırda avro 6.82 lirə, funt-sterlinq 7.62 lirəyə ticarət olunur.
Lirənin bahalaşsa da İstanbul Birjası əkisinə olaraq ucuzlaşır.Son bir 24 ərzində İstanbul Birjası 3.38% düşərək 90 263 xal olub.
Lirə dollar qarşısında dəyər qazanır
09:03
16 Avq 2018