Pul – elə universal məhsuldur ki, onsuz heç bir müasir cəmiyyət keçinə bilməz. Zaman keçdikcə pulun özü də inkişaf edən texnoloji nəaliyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də kirptovalyutalardır.
Kriptovalyuta nədir?
Bəs kriptovalyuta nədir, hansı növləri var, harda və necə istifadə etmək mümkündür? Kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdi və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır.
Hətta hesab edirəm ki, kriptovalyutaya internetin qızılı da demək mümkündür. Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində – Coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əasasında məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir. Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir dövlət tərfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzzənəsi ilə mübadilə edilə bilir. Bu valyutanı istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz çünki rəqəmsal valyutanını dövriyyəsini və onu istifadə edənləri heç kim nəzarət etmir. Bəli bu belədir.
O halda sizdə sual yarana bilər ki, bəs kriptovalyutanın adi istifadə etdiyimiz elektron pullardan fəqri nədədir? Adi pulların elektron hesabda olması üçün ilk növbədə həmin pulu fiziki olaraq bank vasitəsilə hesaba qoymaq lazımdır. Yəni, pulun hesabda elektron görünüşü – sadəcə olaraq onun fiziki formasının elektron formadakı əksi deməkdir. Kriptovalyuta isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmır, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olması. Təsəvvür edin fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı vasitəçi olmadan, həmçinin heç bir komissiya xərci ödəmədən valyuta mübadiləsi edir.
Maliyyə sahəsində inqilabi yenilkdir! Bitcoin – ilk rəqəmsal valyuta. 2008-ciil oktyabr ayında Satoşi Nakamuto ləqəbli bir şəxs internetdə şəbəkənin iş prinsipi və protokolun təsvirini əks etdirən “Bitcoin P2P e-cash paper” adlı fayl paylaşır və artıq 2009-cu ilin yanvar ayında ilk bitcoin yaradılır. Bitcoinin ilk istifadəçiləri isə İT proqramçılar oldu və yarandığı ilk illərdə elə də populyar olmadı. 2013-cü ilin yanvar ayında bir bitcoinin dəyəri 13.4 ABŞ dolları oldugu halda həmin ilin noyabr ayında bitcoin dəyəri 1.000 ABŞ dollarına qalxdı. Bunun əsas səbəbləri bitcoinə olan tələbin artması, amerikan brauzer oyunlar şəbəkəsi Zynga-nın bitcoini dəstəkləməsi, həmçinin Kiprdəki universitetlərin birinin tələbələrin illlik ödəniş haqqının bitcoinlərlə ödənilməsi imkanı yaratması oldu. Bitcoin sahiblərinin anonim olması kriminal aləmin və kölgə iqtisadiyyatının iştirakçılarının böyük marağına səbəb oldu.
Tranzaksiyaların tam anonimliyi təmin olunan ödəniş sistemi silah satışı, insan alveri və çirkli pulların yuyulmasına zəmin yaradır. Bu səbəbdən 2013-cü ilin may ayında ABŞ-ın Milli Təhlükəsizlik Departamenti ödəniş sistemində bitcoinlərdən istifadə edilməsinə qadağa qoyaraq bitcoini çirkli pulların yuyulmasında əsas maliyyə instrumenti olduğunu iddia etdi. Onecoin – bitcoindən sonra yaranan növbəti yeni nəsil ödəniş sistemidir. Lakin Onecoin yaradılarkən ilk kriptovalyuta olan bitcoinin çatışmamazlıqları aradan qaldırıldı və iqtisadi əsaslara tabe olan daha yeni kriptovalyuta meydana gəldi.
Bəs Onecoinin Bitcoindən üstün cəhətləri nədədir? Qısa olaraq əsas fəqrləri nəzərdən keçirək: Bitcoinin yaradıcısı Satoşi Nakamouta hesab edilir. Canlı olaraq onu heç kim görməmişdi. Bu ilin əvvəlində avstraliyalı iş adamı Kreyq Rayt (Craig Wright), virtual pulu tapan şəxs olduğunu və uzun müddətdir Nakamoto ləqəbini istifadə etdiyini bildirib.Bitcoin-in qabaqcıl istifadəçiləri və virtual pulu inkişaf etdirən proqramçılar da Kreyq Raytın Bitcoini kəş edən adam olduğunu təsdiq edirlər. Rayt kimliyini açıqlayarkən, Bitcoin-in yaradıcısına aid olduğu bilinən Bitcoin-lərə dair texniki göstəriciləri də bölüşüb və beləliklə, virtual pulun yaradıcısı olduğunu da sübut etmiş olub. Kimliyini BBC, Economist və GQ media təşkilatlarına eyni zamanda açıqlayan Rayt, BBC-yə tarixdə reallaşan ilk Bitcoin pul transferinə dair rəqəmsal sənədləri də göstərib. Onecoin isə rəsmən 2015-ci ilin yanvar ayında “One Coin Limited” şirkəti tərəfindən yaradılmışdır.
Şirkətin hazırda dörd ölkədə (Dubay, Bolqarıstan, Qonkonq və Qibraltar) rəsmi ofisləri mövcuddur və rəhbəri özünü maliyyə və elm sahəsində təsdiq etmiş dr. Ruja İqnatovadır. Bitcoinin mərkəzləşdirilmiş idarəetməsi yoxdur və nəzarəti yalnız bitcoin istifadəçiləri öz aralarında edir. Belə olduğu halda gələcəkdə hesablara hər hansı xaker hücümu zamanı oğurlanmış bitcoinləri geri qaytarmaq mümkün deyil hətta bunu edə biləcək mexanizm də yoxdur. Buna misal olaraq 2013-cü il 9 dekabr tarixində xakerlər bitkoin istifadəçilərinin hesablarından 100 mln ABŞ dolları oğurlanmasını göstərmək olar. Həmçinin bitcoin istifadəçisi hesab üzrə parolunu itirdiyi halda parolun yenidən bərpa olunması xüsusiyyəti olmadığına görə bu hesabı həmişəlik unutması ilə nəticələnəcək.
One Coin nədir?
Onecoin-də isə mərkəzləşdirilmiş idarəetmə sistemə malikdir və hər beş dəqiqədə sistemdə olan məlumatlar kopyalanaraq üç fərqli ölkədə yerləşən serverlərdə saxlanılır. Bu da öz növbəsində istənilən əməliyyatı dəqiqliklə izləməyə imkan verir. Yəni heç bir halda oncoinlər hesabdan oğurlana və ya silinə bilməz. Bitcoin sahibləri anonim istifadəçilərdir və sistem üzrə bütün tranzaksiyalarda tam anonim aparılır. Anonimlik isə çirkli pulların yuyulması üçün böyük imkanlar yaradır. Bu səbbədən bir çox dövlət və iri maliyyə qurumları bitoini ödəniş vasitəsi kimi tanımaq istəmir. Onecoin sahibləri isə heç bir halda anonim ola bilməz və hər bir istifadəçi qeydiyyat zamanı “KYC” (know your client) verivikasiyasından keçməlidir.
Yəni, hər bir elektron hesab sənədlə təsdiq edilir. Blokçeyin sisitemi isə bütün tranzaksiyaların ciddi şəkildə uçotunun aparılmasını təmin edir. İstənilən şəxs şəbəkədə xüsusi mayninq avadanlığı ilə təchiz edilmiş kompyuter ilə bitcoin əldə edə bilər. Onecoinlərin mayninqi yalnız “One Coin Limited”-də məxsusdur. “One Coin Limited” şirkətinin güclü marketinq strategiyasının olması insanlar arasında onecoin-ə marağı daha da artırmışdı.
Dünyada artıq 2 milyondan çox insan onecoin proyektinə qoşulub və bu kriptavalyutalar arasında sayca ən çox istifadəçisi olan valyuta hesab edilir. Onecoin yeganə kriptovalyutadır ki, real bazarın əldə edilməsi üzrə inkişaf strategiyasına, peşəkar komandaya və planlaşdırılmış effektiv idarəetməyə malikdir. Hazırda onecoin-ə tələbat sürətlə artmaqdır. Buna misal olaraq 2015-ci il iyul ayında bir onecoin üçün qiymətin 1.55 avro olduğu halda artıq 2016-cı il iyul ayında 6.25 avro-ya qalxmasını göstərmək olar. Bitcoində isə heç bir marketinq strategiyasi yoxdur və bitcoin sahibləri əsasən İT-mütəxəssislər və birja treyderlərdir.
Hazırda dünyada 100-dən çox kriptovalyuta növü mövcuddur və bu faktın olması artıq yaxın gələcəkdə bu vayutalara olan tələbəatın yüksək olacağının göstəricisidir. Təlabatın əsas göstəricisini isə mübadilə imkanı daha çox olan kriptovalyuta müəyyən edəcək.