“Kredaqro” BOKT MMC-nin AZ2005009165 ISIN-li istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2005009165 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az birjaya istinadən xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edib. Hərrac qiyməti 100 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500 min manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 14 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.