Azərbaycanda ildə 4 milyon manatdan artıq xalis mənfəəti olan şirkətin səhmləri satışa çıxarılıb.
Sement məhsulları satan şirkət 196 min manatlıq - SƏHM BURAXIR
FED.az xəbər verir ki, sabah, yanvarın 26-da Bakı Fond Birjasının (BFB) "Konstromat" ASC-nin ümumi dəyəri 196 min manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq.
Səhmlərin yerləşdirilməsi üzrə anderrayter ölkənin aparıcı investisiya şirkətlərindən olan «Invest-AZ İnvestisiya Şirkəti» QSC-dir.
Şərtlərə görə, birjada iştirakçılara hər birinin nominal dəyəri 10 manat olan ümumilikdə 19 600 ədəd səhm təklif olunacaq.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmlərin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
Yerləşdirmə forması |
Yerləşdirmə tarixi |
Anderrayter
|
AZ1001024285 |
Adi adlı sənədsiz səhm |
19 600 (ədəd) |
10 manat |
Abunə yazılışı üsulu |
26.01.2024 |
“Invest-AZ I.Ş” QSC |
"Konstromat" ASC-nin səhm buraxılışı Birjanın Listinq Komitəsinin qərarı ilə yanvarın 18-də qeydə alınıb. Şirkətin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib. Səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcədir.
Qeyd edək ki, "Konstromat" ASC olduqca gəlirli bir bizneslə – tikniti materiallarının satışı ilə məşğul olan şirkətdir. Açıqlanan hesabata görə, "Konstromat" ASC şirkəti ölkənin aparıcı sement istehsalçısı olan «Norm» sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributorudur.
Şirkətin distribütor olduğu ərazilər Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarıdır. Burada sement pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satılır.
Qeyd edək ki, tikinti materialları istehsalı sahəsi Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutur. Hesabatda deyilir ki, iqtisadi rayonların, o cümlədən işğaldan azad edilən əraziləri nəzərə alınaraq tikinti materiallarna olan yüksək tələbi göstərmək olar.
“Konstromat” ASC tikinti materiallarının satışını həyata keçirməklə yerli bazarda tikinti materiallarına olan tələbin müəyyən hissəsini qarşılamağa imkanı olan şirkətdir.
Belə ki, «Konstromat» ASC 2022-ci ildə ümumi dəyəri 36 milyon 435 min manatolan 224 870 ton sement satıb və il ərzində 4 milyon 087 min manat xalis mənfəət qazanıb.
Ümumiyyətlə artıq 2 ildir ki, şirkətin xalis mənfəəti 4 milyon manatdan aşağı düşmür. Belə ki, «Konstromat» ASC 2020-ci ildə 1 milyon 216 min manat, 2021-ci ildə 4 milyon 565 min manat, 2022-ci ildə isə 4 milyon 087 min manat xalis mənfəət əldə edib.
2023-cü ilin ilk 6 ayında isə şirkət ümumi dəyəri 20 milyon 321 min manat olan 122 215 ton sement satıb. Nəticədə 2023-cü ilin ilk 6 ayını 2 milyon 164 min manat xalis mənfəətlə tamamlayıb.
Son illər şirkət mənfəət hesabına öz borclarını da qaytarıb. Belə ki, «Konstromat» ASC-nin 2020-ci ildə 4,1 milyon manat, 2021-ci ildə 4,9 milyon manat borcu olduğu halda, 20220ci ilil sonunda bu məbləğ 2,2 milyon manata enib.
Bundan əlavə, emitentin cəmi aktivləri və kapitalı 2020-ci ilin sonu ilə müqayisədə 1.55 dəfəyə qədər artıb. Şirkətin cəmi uzunmüddətli aktivləri 2022-ci ilinin sonuna 383 min manat, qısamüddətli 6 aktivlər isə 5 milyon 792 min manat olub.
Hazırda şirkətin 400 ədəd səhmi var, onların hamısı (yəni 100%) Əkbərov Rasim Naib oğluna məxsusdur. Yeni səhm buraxılışından sonra səhmlərin sayı 20 minə yüksələcək.
Yerləşdirmənin anderrayteri olan “İnvest-AZ İnvestisiya Şirkəti” QSC 09 yanvar 2016-cı il tarixində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilmiş 087986 saylı lisenziya əsasında qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən peşəkar investisiya şirkətidir.
Bu emissiyanın anderrayteri kimi (öhdəlik götürmədən) Emitentin bütün satış sifarişlərini abunə yazılışı zamanı Birjaya təqdim edir, BFB-nin ticarət sistemi vasitəsi ilə səhmlərin yerləşdirilməsi xidmətlərini göstərir. Bu emissiyada iştirak edən üçüncü şəxslər arasında emitentlə aidiyyatı şəxs yoxdur. Mərkəzi Depozitar emissiyanı qeydiyyata aldığı zaman komissiya əldə edir.
Fond birjası və anderrayter isə səhmlər yerləşdirildikcə emitentdən və invetorlardan komissiya əldə edir və bir başa maddi maraqları vardır. Emissiyada iştirak edən şəxslər arasında maraqlar toqquşmasına yol açan hallar mövcud deyil.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.