Norm sement zavodunun distributoru olan “Konstromat” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd adi, adlı, sənədsiz səhmlər buraxır.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Beləliklə, səhm paketi tam şəkildə yerləşdirilərsə, şirkətin nizamnamə kapitalı 200 min manata yüksələcək. Hazırda "Konstromat” ASC-nin səhmləri (400 ədəd) 100% Əkbərov Rasim Naib oğluna məxsusdur.
“Konstromat” ASC 05.08.2013-cı il tarixində 1701508831 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Konstromat” MMC-nin hüquqi varisidir. 04.02.2022-ci il tarixində “Konstromat” MMC təşkilati- hüquqi formasını dəyişərək “Konstromat” QSC kimi yenidən dövlət qeydiyyatına alınmışdır. 01.11.2023-cü il tarixində “Konstromat” QSC təşkilati-hüquqi formasını dəyişərək “Konstromat” ASC kimi yenidən dövlət qeydiyyatına alınmışdır.
Qeyd edək ki, şirkətin əsas fəaliyyəti tikinti materialları üzrə distribütor fəaliyyətinin həyata keçirilməsidir. "Konstromat” ASC Norm sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu Azərbaycan Respublikasının, Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.