Bakı Fond Birjasında “İnvest-Az İŞ.”-nin 1 500 000 milyon ABŞ dolları həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, istiqrazların tədavül müddəti 1 il (365 gün), 1000 ABŞ dolları olub.
Hərracda 5 investordan sifarişlər daxil olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 500 000 ABŞ dolları olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1.5 mln. ABŞ dolları təşkil edib.
Şirkətin istiqrazlarının ödəmə tarixi 16 sentyabr 2019-cu ildir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.