“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adi adlı sənədsiz səhmləri buraxılacaq.
FED.az bunu emisya prospekti və memorandumuna istinadən xəbər verir.
Bu ümumilikdə 400 min manatlıq vəsaitdir.
Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır.Emissiya prospektində həmçinin qeyd olunub ki, ki, əldə olunmuş gəlir İnvestisiya Şirkətinin dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir.
İnvestisiya qiymətli kağızların bir növü olaraq hər birinin nominal dəyəri 1 000 (bir min) manat olan 400 (dörd yüz) ədəd adi, adlı, sənədsiz səhmlərin təklifi onların yerləşdirilməsi yolu ilə investorlardan sərbəst vəsaitlərin İnvestisiya Şirkətinin Nizamnamə kapitalına cəlb edilməsi məqsədilə həyata keçirilir. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcək. Cəlb olunacaq vəsaitlərin xalis məbləği 397 740 AZN (üç yüz doxsan yeddi min yeddi yüz qırx manat) təşkil edəcək.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC ötən ilin əvvəli hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adlı, sənədsiz, adi səhmlərini emissiya etməklə əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını 800 min manat məbləğinə çatdırmışdır. Emitent 13.01.2023-cü il tarixində hər birinin nominal dəyəri 1 000 olan 800 ədəd adlı, sənədsiz, adi səhmlərdən 400 ədədini dövriyyədən çıxarmaqla nizamnamə kapitalını 400 000,00 manat məbləğinə çatdırmışdır. Hazırda şirkətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adlı, sənədsiz, adi səhmdən ibarət olmaqla cəmi 400 manat məbləğində təsbit olunub.
Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə, Emitentin anderrayteri “CPM-İnvest İnvestisiya Şirkəti” ASC tərəfindən Bakı Fond Birjası QSC-də həyata keçiriləcək. Kütləvi təklif edilən səhmlərə anderayter tərəfindən abunə yazılışı səhmlərin yerləşdirilməsindən əvvəl həyata keçirilir.
Səhmlərlə təsbit olunan məhdudiyyətlər mövcud deyil.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin bir səhmdarı var və bu, Azərbaycan Respublikası vətəndaşı Məmmədova Kəmalə Qələndər qızıdır.
İnvestisiya şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, m. “City Point Baku”, AZ1022;