Honq Konq Birjasında 30 ən böyük texnologiya şirkətinin səhmlərini izləyən Hang Seng Tech İndeksi 3534-ə düşüb.
FED.az xəbər verir ki, Honq Konq Fond Birjasının əsas indeksi Hang Seng ticarətin açılışında 1,2% azalaraq 16 758,36 olub.
Buna rabitə xidmətləri sektorunda, istehlak malları sənayesində, maliyyə sektorunda, eləcə də informasiya texnologiyaları sənayesində fəaliyyət göstərən şirkətlərin səhmlərinin ucuzlaşması kömək edib. Belə ki, Çin texnologiya nəhəngi Tencent-in səhmləri ticarətin açılışında 2,15%, elektron ticarət sahəsində liderlərdən birinin Alibaba-nın qiymətli kağızları isə 2,79% ucuzlaşıb.
"Mavi çip"lərdən iki şirkətin qiymətli kağızları ticarətin açılışında artım nümayiş etdirib, 61 şirkətin səhmləri ucuzlaşıb, daha 19 şirkətin səhmləri qiymətdə dəyişməyib. Çinin Sinopharm Group əczaçılıq şirkəti səhmlərində ən böyük artım (+1,18%) göstərən mavi çip oldu. Bu kateqoriyada ən çox itirən Alibaba səhmləri olub - 2,79% ucuzlaşma.