Keçən il Honq Konq Birjasında ilkin kütləvi təkliflər (IPO) vasitəsilə 42 milyard dollar cəlb edilib.
Eləcə də bax: Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi Honq-Konq administrasiyasının rəhbəri Kerri Lam onlayn rejimdə keçirilən 15-ci Asiya Maliyyə Forumunun açılışında çıxış edərkən bildirib.
“Biz qlobal maliyyə toplama mərkəzi olmağa davam edirik. Keçən il Honq Konq Birjasında IPO vasitəsilə 42 milyard dollar toplanıb və dünyada dördüncü yeri tutduq”, - o, videomüraciətində bildirib.
"Keçən il birjamızda orta gündəlik dövriyyə 28,8% artaraq 21 milyard dollara çatıb" - Lam deyib.
İcra başçısı vurğulayıb ki, Çinin mərkəzi hökuməti "xüsusilə aktivlərin idarə edilməsi, risklərin idarə edilməsi və ofşor yuan əməliyyatlarının inkişafı sahələrində" beynəlxalq maliyyə mərkəzi kimi Honq-Konqun rolunu daha da gücləndirmək üçün güclü dəstək verməyə sadiqdir.
Asiya Maliyyə Forumu hər il ÇXR-in bu xüsusi inzibati regionunun hökumətinin təşəbbüsü və Honq Konq Ticarətin İnkişafı Şurasının yardımı ilə keçirilir. Burada regionun biznes ictimaiyyətinin nümayəndələri: bankirlər, top-menecerlər, qiymətli kağızlar bazarının tənzimləyiciləri, investisiya fondlarının və korporasiyaların rəhbərləri iştirak edirlər.Hazırkı forum pandemiya səbəbindən ardıcıl ikinci ildir ki, onlayn keçirilir. İştirakçılar dünya iqtisadiyyatının vəziyyətini, Asiyada inteqrasiya və innovasiya proseslərini, bazar tendensiyalarını və yeni texnologiyaları müzakirə edirlər. (Marja)