“GL” ASC 3 milyon 25 min manat məbləğində istiqrazlar yerləşdirməyi planlaşdırır.
FED.az xəbər verir ki, Mərkəzi Bankdan bildirilib ki, “GL” ASC bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 3,025 min ədəd istiqraz buraxmağı planlaşdırır.
İstiqrazların tədavül müddəti 5 ildir.
Emissiya 6 tranşla həyata keçiriləcək: 1-ci tranş - 700 min manat (müddət - 60 ay, illik gəlirlilik – 14%), 2-ci tranş - 1,3 milyon manat (müddət - 60 ay, gəlirlilik – 13%), 3-cü tranş – 425 min manat (müddət - 60 ay, gəlirlilik – 12%), 4-6-cı tranşlar – hər biri 200 min manat (müddət - 60 ay, gəlirlilik – 12%).
Kupon faizlərinin ödəniş müddəti 30 gündən bir təşkil edir.
“GL” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri fəaliyyətinin genişləndirilməsinə, o cümlədən bölgələrdə yeni filialların açılmasına, qısamüddətli kreditlərin verilməsinə, lombard əməliyyatları üzrə şərtlərin sadələşdirilməsinə yönəltməyi planlaşdırır.
Emissiyanın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti”dir.
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. 2022-ci ilin sonuna ASC-nin aktivləri 40,6 milyon manat, kredit portfeli 34,3 milyon manat, öhdəlikləri 38,3 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ildə şirkətin xalis mənfəəti 3,8 milyon manat təşkil edib. 2023-cü ilin 6 ayının yekunları üzrə şirkətin xalis mənfəəti 2,2 milyon manat məbləğində qiymətləndirilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.