Bu ilin I yarısında dünyada kriptovalyuta istifadəçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 121 milyon nəfər və yaxud 2,2 artaraq 221 milyon nəfərə çatıb.
Eləcə də bax: “Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən - 3 Dəfə Çox Olub
FED.az xəbər verir ki, bu barədə rəqəmsal aktivlərlə işləyən iri şirkət - “Crypto.com”un açıqlamasında bildirilir.
Bundan başqa, məlumata görə, hazırda “Bitkoin” və dəyərinə görə 2-ci olan “Ethereum” bazar payını itirir. Digər rəqəmsal aktivlərə malik istifadəçilərin sayı isə davamlı olaraq artır. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür