Bu ilin yanvar ayından iyun ayının sonuna qədər “Ethereum” kriptovalyutası ilə 1,4 milyon dollarlıq ticarət əməliyyatı aparılıb.
Eləcə də bax: “Ethereum” İlon Maskın açıqlaması fonunda - 12% Bahalaşıb
FED.az xəbər verir ki, bu, ötən ilin ikinci yarısına nisbətən 1 461% artım deməkdir.
Həmin dövrdə bitkoinlə ticarətin dəyəri isə 489 % artaraq 2,1 trilyon dollar olub.
Bu kriptovalyuta investisiyaların gəlirliliyinə görə 2021-ci ilin ilk altı ayında “Bitkoin”i, “S&P 500” indeksini və qızılı geridə qoyub. Həmin alətlər müvafiq olaraq 20 %, 14 % və 6,7 % artdığı halda “Ethereum”da bu göstərici 210% olub. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.