Dünyada ən byöük qızıl ehtiyatı olan ölkələr açıqlanıb.
FED.az xəbər verir ki, Dünya Qızıl Şurasının məlumatlarına görə, dünyada ümumi qızıl ehtiyatarı 29,03 min tona yüksəlib.
Birjalarda qızılın qiyməti rekord vurdu – YENİ QİYMƏT
Hazırda ən byöük qızıl ehtiyatı ABŞ-dadır. Bu ölkədə 8,1 min ton qızıl ehtiyatı var ki, bu da bütün ehtiyatların təqribən 3-də biri deməkdir. Qızıl həcminə görə, sonrakı yerləri Almaniya (3,35 min ton) İtaliya (2,45 min ton) və Fransa (2,44 min ton) tutur.
Dünyadakı qızıl ehtiyatlarının təqribən 20%-i, yəni 6,2 min ton BRİKS ölkələrinin payına düşür. Belə ki, Rusiyanın qızıl ehtiyatları 2,34 min ton, Çində 2,26 min ton, Hindistanda isə 840,76 ton təşkil edir.
Səudiyyə Ərəbistanının 323 ton, Braziliyanın 130 ton, Misirin 126 ton, Cənubi Afrika Respublikasının 125 ton, Birləşmiş Ərəb Əmirliklərinin isə təqribən 75 ton qızıl ehtiyatı var. BRİKS-ə üzv olan İran və Efiopiya isə qızıl ehtiyatlarının həcmini açıqlamayıblar.