Dünya bazarında qızılın qiymətinin artıımı ilə nəcib metal rekord qiymiətə çatıb.
FED.az xəbər verir ki, bu gün, oktyabrın 17-də Nyu-York birjasının bölməsi olan «Comex» birjasında qızıl fyuçersinin qiyməti 1 unsiya üçün əvvəlcə 2696 dollara, daha sonra isə 2700 dolları keçərək 2712 dollara çatıb.
Son bir həftədə qızıl 40 dollar və ya 1,4%, son bir ayda 110 dollar və ya 4,2%, son bir ildə isə 678 dollar və ya 33% bahalaşıb.
Qızılın qiymətinin artması ona investorların böyük marağının nəticəsidir. ABŞ-da preident seçkiləriilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ və Avropa Mərkəzi Banklarının faiz dərəcəsini azaltması və ya bununla bağlı gözləntilər qızıla marağı artırıb.