Bu saatlara olan dollar/lirə məzənnəsi açıqlanıb.
FED.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, bu saatlarda 1 dollar 0,53% ucuzlaşaraq 4,04 lirə təşkil edir. Xatırlaqdaq ki, bu həftənin əvvəlinə olan nəticələrə görə, bu qiymət 4,10 lirə idi.
Məlumata bildirilir ki, 1 avro qiyməti də 0,72% ucuzlaşaraq 4,89 lirə olub.
Azərbaycanda türk lirəsini bir sıra banklardan almaq olar. Belə ki, "Günaybank"da lirənin alış qiyməti 0,36, satış qiyməti isə 0,4350 manatdır.
Dollar ucuzlaşdı – LİRƏNİN QİYMƏTİ
18:26
27 Aprel 2018