Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,85 rubl bahalaşaraq 62,60 rubl təşkil edir.
Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri də 0,85 rubl yüksələrək 76,18 rubl olub.
Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 62,78 rubl, 1 avro isə 76,06 rubl təşkil edir.
Nağd alış-satışda isə 1 dollar 63,29 rubl, 1 avro isə 76,92 rubldur.
Dollar 64 rubla yaxınlaşdı – MƏZƏNNƏ

19:04
26 Aprel 2018