Bu gün yanvarın 19-da kriptovalyuta bazarında bir qədər geriləmə baş verib.
FED.az xəbər verir ki, hazırda dövriyyədə olan 100 əsas kriptovalyutanın 43-nün qiyməti ucuzlaşıb. Digər 57 kriptovalyutanın dəyəri isə cüzi artıb.
Əsas kriptovalyatalar sayılan "Bitcoin", "Ripple", "Etherium", "Litecoin"in qiymətlərində nisbi artım müşahidə edilir. Bu gün dünənlə müqayisədə "Bitcoin" 1,08% irəliləyərək 11,5 min dollara qalxıb.
«Etherium» 2,86% bahalaşaraq 1039 dollara, «Ripple» isə 14,64% artaraq 1,62 dollara çatıb.
Onlardan fərqli olaraq "Bitcoin Cash" dəyəri düşüb. Bu kriptovalyuta 0,05% ucuzlaşaraq 1797 dollar olub.
Ən böyük bahalaşma isə "Cindicator"un qiymətində müşahidə edilir. Bu kriptovalyuta 153,01% bahalaşaraq 0,21 dollara yüksəlib.
Bitkoin mövqeyini qoruya bildi - QİYMƏTLƏR
09:31
19 Yan 2018