Dünya kriptovalyuta bazarında bu gün səhər saatlarıdan kütləvi ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, martın 14-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 73-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 252 dollar və ya 2,6% ucuzlaşaraq 9168 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1657 dollar və ya 15,3% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 18 dollar və ya 2,5% ucuzlaşaraq 693 dollar olub.
Son həftə ərzində isə Etherium 120 dollar və ya 14,7% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Particl və Byteball Bytes-da(8,29%), ən çox bahalaşma isə Binance Coin-də(28,84%) müşahidə olunub.
Bitkoin günə ucuzlaşma ilə başladı – QİYMƏTLƏR
09:12
14 Mart 2018