Dünyanın kriptovalyuta bazarı növbəti şokunu yaşayıb. FED.az xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoinin qiyməti gün ərzində 2600 dollardan çox və ya 20% enərək 10 517 dolara enib.
Bazarı kim çökdürdü?
Qiymətlərin belə kəskin enməsinin səbəbi, bəzi dövlətlərin kriptovalyuta bazarına müdaxiləoər etmək və bəzi qadağaların tətbiqi ilə bağlı bəyanatları olub. Məsələn, kriptovalyutaların populyar olduğu Cənubi Koreya hökuməti elan edib ki, virtual pullarla ticarətin qadağan olması mümkündür. Cənubi Koreya Ədliyyə Nazirliyinin qeyri-qanuni birjaların qadağan olunacağını açıqlaması və polis reydlərinin aparılması ilə Bitcoin-in qiymətlərində dəyişiklik olmuşdu.
Bazarı təqib edən “CoinMarketCap” saytında Cənubi Koreya birjalarında əməliyyatların qiymətləndirmədən çıxarılması ilə bağlı məlumat yayılmışdı. Bitkoinin məşhur olduğu ikinci ölkə – Çin də bu valyutaya münasibətinin yaxşı olmadığını göstərib. Çin rəsmiləri elan edi blər ki, kripto valyuta ticarəti aparılan platformaların (birjaların) Çindəki fəaliyyəti daynadırıla bilər. Çində yeni kriptovalyutaların tədarükü və ticarətinin qadağan edən həmlələrin artırılması Bitcoin-in qiymətinə mənfi mənada təsir göstərdi. Mədənçilik üçün tələb olunan avadanlıq və insan resurslarının ucuz olmasına görə Çin kriptovalyutaların ən böyük dayaqlarından biridir.
ABŞ Bitcoin ilə vergi alacaq
ABŞ-da Kapital Bazarı İdarəsi (SEC) Bitcoin-in başçılıq etdiyi kriptovalyutaların çirkli pulların yuyulması, qanunsuz ticarət və saxtakarlıq məqsədilə istifadə edilmə potensialı səbəbi ilə federal tənzimlənmə hazırlayır.
Hal-hazırda ABŞ-da kriptovalyutalarla vergi ödənməsini mümkün edən qanun layihəsi hazırlanır. Arizona əyalət məclisinə gələn yeni qanun layihəsi vətəndaşların vergiləri Bitcoin və digər kriptovalyutalarla ödəmələrinə imkan yaradacaq və bunun dövlətə olan bütün borcların Bitcoin ilə ödənilə bilməsi formasına salınması təmin ediləcək.