Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, 20 aprel saat 18:03-ə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 91-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son 24 saat ərzində 260 dollar və ya 3,2% bahalaşaraq 8500 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 332 dollar və ya 4% bahalaşıb.
Bitkoin 260 dollar bahalaşdı – SON QİYMƏT

18:02
20 Aprel 2018