Dünya kriptovalyuta bazarında dünən başlayan ucuzlaşma bu gün sona çatıb. Belə ki, virtual pullar bu gün səhər saatlarından bahalaşmağa başlayıb.
FED.az xəbər verir ki, martın 2-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 81-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 547 dollar və ya 5,2% bahalaşaraq 11 min 29 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1049 dollar və ya 10,5% bahalaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 10 dollar və ya 1,1% bahalaşaraq 872 dollar olub.
Son həftə ərzində isə Etherium 27 dollar və ya 3,2% bahalaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Nexus-da(188,84%), ən çox ucuzlaşma isə DigixDAO-də(13,32%) müşahidə olunub.
Bitkoin 11 min dolları keçdi – QİYMƏTLƏR
09:23
2 Mart 2018