Dünya kriptovalyuta bazarında bu gündən kütləvi ucuzlaşma qeydə alınır.
FED.az xəbər verir ki, aprelin 25-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 84-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 30 dollar və ya 0,3% bahalaşaraq 9265 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1329 dollar və ya 16,7% bahalaşıb.
Ethereumun qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 41 dollar və ya 6% ucuzlaşaraq 638 dollar olub.
Son həftə ərzində isə Ethereum 132 dollar və ya 26% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Decred-da(26,32%), ən çox ucuzlaşma isə Bitcoin Cash-də(15,69%) müşahidə olunub.
Bitcoin yenə bahalaşdı – QİYMƏTLƏR
09:23
25 Aprel 2018