Praxis təhsil şirkətinin məsul şəxsi Derek Magill, şirkətlərinin təhsil haqqı ödəməsində bitcoin cash-dan ödəniş vasitəsi kimi olunması barədə suala belə cavab verib. "Müştərilərimizə ən yaxşı ödəmə variantlarını təqdim etmək istəyirik sözlərini deyib. Bəzi müştərilərimizin də tələbləri ilə 2014-ci ildə bitcoin olaraq ödəmələri qəbul etməyə başladıq. Bu təcrübə çox gözəl idi. Ancaq, 2015-ci ilin sonunda heç kim bu üsula üstünlük vermədi. Son günlərdə müştərilərimiz baxımından faydalı ola biləcəyini düşündüyümüz üçün yenidən gündəmə aldıq və bu dəfə tələb almağa başladıq ". dedi.
Praxis, 2013-cü ildə bəzi məzunların, xüsusilə də ABŞ-da, universitetdən sonra nə kimi hallarla qarşılaşdıqlarını araşdırıb. Nəticələrə görə, bir çox yeni məzun universitetdən borcla məzun olur, bacarıqlarını pula çevirə bilmirlər və iş həyatından kənarda qalırlar. Praxis rəsmiləri isə, universitetdən sonra iş dünyasına daxil olmaq üçün bu təcrübəni "kiçik bir başlanğıc" kimi səciyyələndirirlər.
Magill, "Bu arada, yaşları 16-26 arası dəyişən onlarla müştərimizə çatdıq. Yours.org hesablarına daxil oldular və ilk əməliyyatlarını bitcoin və bənzər pullar ilə aparmağa başladılar. Bunlar, daha əvvəl gündəlik həyatlarında kripto valyutaya marağı olmayan insanlar idilər, lakin hazırda vəziyyət tam tərsidir" dedi.