Bitcoin”in dəyəri 10 min dollardan aşağı düşüb. FED.az xəbər verir ki, bu, “Coindesk” portalındakı rəqəmlərdə öz əksini tapıb.
Belə ki, 2017-ci ilin noyabrından bəri ilk dəfə bu gün “Bitcoin”in qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə “Bitcoin” rekord həddə - 20 min dollara qədər bahalaşıb.
Qeyd edək ki, Çin və Cənubi Koreyanın “Bitcoin”lə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan xəbərlər bu kriptovalyutanın ucuzlaşmasına səbəb olub