Dünyanın kriptovalyuta bazarında kütləvi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, fevralın 10-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 96-sı bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 1040 dollar və ya 13,1% bahalaşaraq 8957 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 551 dollar və ya 6,5% bahalaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 111 dollar və ya 14% bahalaşaraq 902 dollar olub.
Son həftə ərzində isə Etherium 30 dollar və ya 3,4% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma TRON-da(52,87%), ən çox ucuzlaşma isə Nano-da(3,81%) müşahidə olunub.
Bitcoin 1000 dollardan çox başladı – QİYMƏTLƏR
10:36
10 Fev 2018