Dünya birjalarında kənd təssərrüfatı məhsullarının qiyməti azalıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 1 sent (0,26%) azalaraq 381,75 sent və ya 1 kiloqram qarığdalının qiyməti 14,13 sent olub.
1 buşel buğdanın qiyməti 3 sent (0,51%) azalaraq 583,50 sentə enib və ya 1 kiloqram buğdanın qiyməti 21,61 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,16 sent (0,18%) azalaraq 87,10 sent təşkil edib və ya 1 kiloqram pambığın qiyməti 1,92 dollar olub.
Birjalarda qızılın qiyməti azalıb. Qızılın 1 unsiyasının qiyməti 3,76 dollar (0,31%) azalaraq 1 208,71 dollara satılır.
İstənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
Birjalarda kənd təssərrüfatı məhsullarının qiyməti
09:50
10 Avq 2018