Dünya kriptovalyuta bazarında yenidən ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 3-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 59-u ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 356 dollar və ya 3,2% bahalaşaraq 11 min 328 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 801 dollar və ya 7,6% bahalaşıb.
Etheriumun qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 8 dollar və ya 0,9% ucuzlaşaraq 862 dollar olub.
Son həftə ərzində isə Etherium 10 dollar və ya 1,1% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Nexus-da(25,06%), ən çox bahalaşma isə Iconomi-də(44,81%) müşahidə olunub.
Bir həftəyə 800 dollar bahalaşıb – QİYMƏTLƏR
09:42
3 Mart 2018