Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, aprelin 30-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 58-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 148 dollar və ya 1,5% ucuzlaşaraq 9319 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 476 dollar və ya 5,3% bahalaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 9 dollar və ya 1,2% ucuzlaşaraq 684 dollar olub.
Son həftə ərzində isə Ethereum 53 dollar və ya 8,3% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Cortex-da(26,36%), ən çox ucuzlaşma isə Waves-də(11,84%) müşahidə olunub.
Bir həftədə 500 dollara yaxın bahalaşma – QİYMƏTLƏR
09:42
30 Aprel 2018