28 iyun 2024-cü il sааt 11.00-dа “Bаkı Tikiş Еvi” АTSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi inzibatı binada keçiriləcək.
Yığıncagın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.“Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin icra orqanlarının seçilməsi.
2.“Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022 və 2023-cü maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinin sədrinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.
Ünvan – Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113.